Xəzər Xəbər

Ölkəmizdə COVID-19-a yoluxma sayı nəzarət altındadır

Cəmiyyət | 11:59 • 22 İyun 2022
Ölkəmizdə COVID-19-a yoluxma sayı nəzarət altındadır

Mayın axırlarından başlayaraq dünyada yeni növ koronavirusa (COVID-19) yoluxma sayında artım müşahidə edilir. Hətta bəzi ölkələrdə dördüncü doza peyvəndlə əlaqədar qərarlar verilib.

Xezerxeber.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion nəzarət təşkili şöbəsinin əməkdaşı Turan İbrahimovanın dediyinə görə, ölkəmizdə həmin məsələ nəzarətdə saxlanılır: “Bəzi ölkələrdə COVID-19-a yoluxma sayında artımın baş verməsi infeksiyaya qarşı dördüncü doza peyvəndin vurulmasını gündəmə gətirib. Lakin bununla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının heç bir tövsiyəsi yoxdur. Aidiyyəti qurumlar tərəfindən bu məsələ izlənilir və tövsiyə olunduğu təqdirdə bununla bağlı məlumat veriləcək. Xəstəxanalarda stasionar müalicə alan COVID-19 xəstələrinin sayında artım yoxdur. Lakin gələcək üçün bunu əvvəlcədən planlaşdırmaq qeyri-mümkündür. Hazırkı vəziyyətdə yoluxma sayı nəzarət altındadır. Meymunçiçəyi və koronavirusun eyni vaxtda yayıldığı şəraitdə hər kəs özünü qorumalı və ilk növbədə gigiyena qaydalarına riayət etməlidir”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti