Xəzər Xəbər

Umayra Tağıyeva mayın soyuq keçməsindən DANIŞDI

Umayra Tağıyeva: Beş ildir may ayında qeyri-sabit hava şəraiti qeydə alınır
Cəmiyyət | 18:22 • 13 May 2022
Umayra Tağıyeva mayın soyuq keçməsindən DANIŞDI

"Bu ilin may ayı fərqli keçir. Son 21 il ərzində may ayında normadan yüksək temperatur rejimi 3 dəfə yüksək olub. Son 5 ildə may ayında qeyri-sabit hava şəraiti qeydə alınır".

XəzərXəbər xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, 2003-cü ildə Bakıda may ayında havanın temperaturu 5 dərəcə olub ki, bu da qış fəslinə xas olub:

“Nə qədər iqlim dəyişikliyi qeydə alınsa da, havanın soyuq keçməsinin öz müsbət tərəfi də var. Belə ki, yağıntıların çox olmasının uzun müddət çaylarda sululuğun artmasına təsiri olub. May ayında bütün ay üçün nəzərdə tutulan norma miqdarından artıq yağıntı qeydə alınıb. Bütövlükdə belə qeyri-sabit hava şəraiti illər ərzində baş verə bilir. İqlim dəyişmələrinin təzahürlərindən biri də müvafiq fəslə xas olmayan hadisələrin tez-tez baş verməsidir. Hətta may ayında qar da yağıb. Misal olaraq, may ayında qarlı hava 2012-ci ildə müşahidə olunmuşdu. Bu il də mayın birinci ongünlüyündə qarın hündürlüyü həmin illə müqayisədə daha çox (18 sm) olub”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti