Xəzər Xəbər

Xalq şəhidlərini anır

Cəmiyyət | 11:31 • 20 Yanvar 2022
Xalq şəhidlərini anır

Bu gün Azərbaycan xalqının milli oyanış hərəkatının, azadlıq mübarizəsinin ən qanlı və ən şanlı hadisəsindən - 1990-cı ilin 20 Yanvar hadisələrindən 32 il ötür. 

XəzərXəbər xəbər verir ki, hazırda dövlət və hökumət nümayəndələri, xarici ölkə səfirliklərinin nümayəndələri, ictimaiyyət təmsilçiləri, ziyalılar, QHT sektorunun təmsilçiləri, tələbələr və ictimai rəy liderləri, hərbçilər, qazilər, bir sözlə, Azərbaycan xalqının bütün təbəqələrini əhatə edən insan izdihamı 20 Yanvar şəhidlərinin uyuduğu Şəhidlər Xiyabanına axışır. 

İnsanlar qərənfillərlə, tər çiçək dəstələri və əklillərlə şəhidlərimizin uyuduğu əbədi and yerimizə axın edirlər.

Onlar matəm musiqisinin sədaları altında 32 il əvvəl baş verən hadisələri yenidən xatırlayırlar. Şəhidlərimizin əziz ruhunu ehtiramla yad edir, onların ruhuna dualar oxuyurlar. Məzarları önündə baş əyirlər.  

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti