Xəzər Xəbər

“Omikron” ştamıv Azərbaycanın bir addımlığında: Ondan necə qorunaq?

Cəmiyyət | 14:51 • 9 Dekabr 2021
“Omikron” ştamıv Azərbaycanın bir addımlığında: Ondan necə qorunaq?
Koronavirusun yeni yayılan "Omikron” ştamı artıq dünyanın bir çox ölkəsində sürətlə yayılmaqda davam edir. Hətta Azərbaycana qonşu ölkədə, Rusiyada da bu ştamma rast gəlinib.
 
Bəs ölkəmizdə "Omikron” ştamı yayıla bilərmi?
 
Bununla bağlı həkim-infeksionist Nicat Əzimli fikirlərini bildirib.
 
O, qeyd edib ki, bu ştamın ölkəmizdə də yaxın müddətdə aşkarlanması gözləniləndir:
 
"Dünyada "Omikron” çox sürətlə yayılır. Ölkəmizdə də yaxın müddətdə aşkarlanması gözləniləndir. Lakin, bunda qorxulacaq ciddi məqam yoxdur. Son araşdırmalar göstərir ki, vaksinlərdən "pfizer-biontech” vaksininin bu varianta qarşı effektivliyi hələ də qalır və ümumi rəylərdə bildirilir ki, xəstəliyin klinik gedişatında öncəki variantlara nisbətən bir ağırlaşma yoxdur. Lakin, ikinci haqqında araşdırma nəticələri hələ ki, yoxdur. Deməli, indiki dövr üçün atılmalı olan addım əhalinin aktiv şəkildə pfizer-biontech vaksini ilə təmin olunması və hər kəsin bunda aktiv iştirakıdır”.
 
İnfeksionist qeyd edib ki, yeni variantların ortaya çıxma səbəbi dünyada vaksinasiyanın tam həyata keçirilməməsidir:
 
"Son olaraq nəzərə almalıyıq ki, yeni variantların ortaya çıxma səbəbi dünyada vaksinasiyanın tam həyata keçirilməməsidir. Nə qədər ki, bütün əhali vaksinasiyada iştirak etmir, nə qədər ki, kasıb ölkələrin bəziləri, hətta tamamilə vaksin idxalı edə bilmir, bunun nəticəsi olaraq bu cür yeni variantlarla üzləşməyimiz labüddür”./azxəbər

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
359 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti