"Omikron" ştamını PCR testi ilə müəyyən etmək çətindir. Buna görə, verilən testlərin cavabı hər zaman pozitiv çıxmaya bilər.
Yeni ştamı testlə müəyyən etmək mümkün deyilsə, insanlar koronanirusa yoluxub-yoluxmamasını necə müəyyənləşdirməlidir?
XəzərXəbər xəbər verir ki, bu suala "ARB24"-də yayımlanan "Nə baş verir?" verlişində qonaq olan həkim Ümüd Səlimzadə münasibət bildirib:
"Test nə qədər dəqiq məlumat versə də yanaşı olaraq orqanizmin özünün də verdiyi cavab reaksiyaları var. Biz bunu həm də qanla yoxlaya bilərik. Amma vəziyyət müəyyən mənada çətindir".