Xəzər Xəbər

Yol polisi sürücülərə müraciət edib

Cəmiyyət | 09:24 • 3 Dekabr 2021
Yol polisi sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə hərəkət iştirakçılarına müraciət edib.

Xezerxeber.az-ın xəbərinə görə, məlumatda qeyd edilir:

"Əlilliyi olan insanların sərbəst və təhlükəsiz hərəkətlərinin təmini məsələsi dövlət yol polisinin də daim diqqət mərkəzindədir: “Hərəkətin bütün iştirakçılarından yol infrastrukturunda sağlamlıq imkanları məhdud olan şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmağı, yollarda hərəkətinin təhlükəsizliyinə hesablanmış yol nişanlarının, pandusların, sərnişin daşıma və parklama kimi məsələlərdə müəyyən edilən üstünlüklərinə cəmiyyət olaraq hər bir fərdin həssas münasibət göstərməsini xahiş edirik. İnklüziv həyat tərzinin əsas göstəricilərindən biri kimi hərəkətin təhlükəsizliyi və əlçatanlığını ictimai məsuliyyət hissi ilə təmin etməyi isə unutmamalıyıq. Bir-birimizə anlayışlı və diqqətli münasibət göstərmək formalaşan yeni nəsil üçün də nümunədir. Bir daha sürücülərdən və hərəkətin bütün iştirakçılarından sağlamlıq imkanları məhdud olan şəxslərə yollarda diqqətli və nümunəvi münasibət göstərməyi, eləcədə yol hərəkəti qaydalarının tələblərinə əməl etməyi xahiş edirik”.

Xəbər lenti