Xəzər Xəbər

"Omikron" ştammı Azərbaycanı dəhşətli mənzərə ilə qarşı-qarşıya qoya bilər? - Həkim AÇIQLADI

Cəmiyyət | 09:54 • 30 Noyabr 2021
"Omikron" ştammı Azərbaycanı dəhşətli mənzərə ilə qarşı-qarşıya qoya bilər? - Həkim AÇIQLADI

""Omikron" ştammının Azərbaycanda da yayılmaq ehtimalı var".

Bunu açıqlamasında həkim-infeksionist İlhamə Abbasova deyib.

Mütəxəssis bildirib ki, virusun yeni ştammından qorxmaq lazım deyil:

"Bizə ilk olaraq Avropa ölkələrindən COVİD-19 gəldiyi kimi, "Omikron" ştammının da Azərbaycana gəlib çıxması mümkündür. Öncədən bir şey demək hələ ki, tezdir. Amma bu ştamm da ölkəmizdə aşkar edilərsə, ümid edirəm ki, COVİD 19-la mübarizə apardığımız kimi koronavirusun yeni ştammı ilə də mübarizə apara bilərik.

Bu günə kimi "Omikron" ilk deyil ki... Artıq 2 ildir ki, virus yeni-yeni mutasiyalarla uğrayır və biz yeni ştammları ilə üzləşirik. Çətin olsa da bu ştammlarla mübarizə aparmağa artıq uyğunlaşmışıq. Daha əvvəlki kimi deyil ki, "hə, yeni ştamm var. Vay, nəsə növbəti bir xaos olacaq, necə olacaq" kimi düşüncələrə düşək, elə bir şey yoxdur. Artıq koronavirusla mübarizə aparmağa səhiyyə sistemi olaraq da uyğunlaşmışıq. Bu ştammın da öhdəsindən gələrik. Gələcəyi varsa, görəcəyi də var. Yeni ştammdan qorxmaq lazım deyil. Sadəcə məsafə prinsipinə əməl edilsə, insanlar zamanında vaksin olunsa və xəstəliyin sipmtomlarını hiss etdikləri an vaxtında həkimə müraciət etsələr xəstəliyin zamanında qarşısını kəsib, ağır fəsadlara gətirib çıxarmasının qarşısını ala bilərik".

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var./Milli.Az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti