Xəzər Xəbər

Bakıda mənzillərə istilik niyə tam verilmir? — AÇIQLAMA

Cəmiyyət | 11:02 • 27 Noyabr 2021
Bakıda mənzillərə istilik niyə tam verilmir? — AÇIQLAMA

Bakının bəzi hissələrində istiliklə bağlı hələ də problemlər davam edir.

Bu barədə Trend-ə açıqlama verən “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev problemlərin müxtəlif səbəblərdən qaynaqlandığını və fərdi yanaşılmalı olduğunu deyib.

“Bizim bütün qazanxanalarımız işləyir. Magistral və məhlədaxili xətlərdə problem yoxdur. Məntəqələr tam işlək vəziyyətdədir. Düzdür, lokal xarakterli bəzi yerlərdə qısamüddətli fasilə ola bilər. Bu, istisna deyil. Amma müraciətlərə fərdi yanaşmaq lazımdır”, - deyə qurum rəsmisi bildirib.

O qeyd edib ki, müraciətlər araşdırılarkən problemlərin binanın daxilində olduğu müəyyən edilir.

“Bloklarda, mənzillərdə, binaların zirzəmisində müəyyən problemlər çıxır. Məsələn, ötən il mərkəzi istilikdən istifadə edən, bu il istifadə etməyə və ya təmir zamanı “ventil”i bağlamış ola bilər. Həmçinin axırıncı mərtəbələrdə borulardan havanı buraxmaq lazımdır, amma görürsən ki, vətəndaş kombi çəkib və xətti ləğv edərək, hava üçün çıxmağa yer qoymayıb. Belə olanda əməkdaşlarımız boruların zirzəmidəki hissələrində havanı çıxarırlar ki, dövriyyə normal tənzimlənsin. Dediyim kimi, qazanxanalarda heç bir problem yoxdur”, - qurum rəsmisi əlavə edib.

Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti