Xəzər Xəbər

Bu il 14 mindən çox şəxsə elektron qaydada təqaüd təyin olunub

Cəmiyyət | 10:40 • 25 Oktyabr 2021
Bu il 14 mindən çox şəxsə elektron qaydada təqaüd təyin olunub

2021-ci ilin 9 ayı ərzində 14,4 mindən çox şəxsə elektron qaydada təqaüd təyin olunub.

Bu barədə xezerxeber.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumata görə, bunun 40%-ni kişilər, 60%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında 108 min nəfərdən çox şəxsə sosial ödənişlərin elektron qaydada təyinatı aparılıb. Beləliklə, 19 min nəfərdən çox şəxsə pensiyalar, 89 min nəfərdən çox şəxsə isə müavinət və təqaüd təyin olunub.

Xəbər lenti