Xəzər Xəbər

İbtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat dərslik komplektləri hazırlanıb

Cəmiyyət | 11:24 • 25 Sentyabr 2021
İbtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat dərslik komplektləri hazırlanıb

Təhsil İnstitutu tərəfindən ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələrinin ibtidai sinifləri üçün Azərbaycan dili və riyaziyyat dərslik komplektləri hazırlanıb.

İnstitutdan xezerxeber.az-a bildirilib ki, pilot olaraq sınaqdan keçirildikdən sonra I və II siniflər üçün dərslik komplektləri cari tədris ilindən etibarən ölkə üzrə kütləvi istifadəyə verilib.

Komplektin tərkibinə dərslik, iş dəftəri və müəllim üçün vəsait daxildir.

İş dəftərləri institut tərəfindən “Azərpoçt” MMC-nin məntəqələrində kütləvi satışa verilib. Valideynlər və müəllimlər üçün iş dəftərlərinin əlçatanlığını təmin etmək və vəsaitlərin saxta variantlarının satışının qarşısını almaq məqsədilə satış prosesi “Azərpoçt” MMC vasitəsilə həyata keçirilir. Bu proses gündəlik monitorinq olunur.

Qeyd edək ki, “Azərpoçt” MMC-nin Bakı şəhəri üzrə 131 məntəqəsinə təqdim olunan iş dəftərlərinin 32 faizi hələ də məntəqələrdə qalıb. Növbəti həftədən başlayaraq ehtiyac olan məntəqələr üzrə iş dəftərləri yenidən paylaşdırılacaq.

Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti