Xəzər Xəbər

Peşə məktəblərində pedaqoji heyətinin vaksinasiya prosesi yekunlaşır

Cəmiyyət | 13:33 • 24 Sentyabr 2021
Peşə məktəblərində pedaqoji heyətinin vaksinasiya prosesi yekunlaşır

Peşə təhsil müəssisələrində 2021/2022-ci tədris ili üzrə ənənəvi tədrisin bərpası istiqamətində peşə təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin “COVID-19” əleyhinə vaksinasiya prosesi yekunlaşmaq üzrədir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, sentyabrın 22-dək ümumi heyətin 94 faizi birinci doza, 81 faizi isə hər iki doza üzrə vaksinasiya prosesində iştirak ediblər. Bakı üzrə bu göstəricilər 93 faiz, Sumqayıt üzrə 95 faiz, Abşeron rayonu üzrə 93 faiz, regionlar üzrə isə 93 faiz təşkil edir.

Martın ayının sonundan etibarən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya strategiyası”na uyğun olaraq, peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Pandemiya şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün təhsil işçilərinin vaksinasiya prosesində iştirakı zəruridir. Vaksinasiya prosesinin qısa zamanda yekunlaşması ənənəvi tədrisin bərpasına və həmçinin peşə təhsili almaq istəyənlər üçün daha geniş təhsil imkanlarının yaradılmasına dəstək olacaqdır.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti