Xəzər Xəbər

Universitetlərdə dərslər bu qədər davam edəcək RƏSMİ

Cəmiyyət | 15:41 • 23 Sentyabr 2021
Universitetlərdə dərslər bu qədər davam edəcək

Ali məktəblərdə dərs saatının 90 dəqiqədən 80 dəqiqəyə endirilməsi təklif edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib.

Şöbə müdirinin sözlərinə görə, dərslərin fasiləsiz şəkildə olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması təklif edilir: “Bu, universitetlərin verəcəyi qərardır. Amma biz tövsiyə etmişik ki, 80 dəqiqəlik dərslər olsun. Beləliklə, tələbələrin tənəffüsə çıxmalarının və təmasların sayının az olmasına səbəb olacaq. Yəqin ki, belə davam etsə, 80 dəqiqəlik dərslər keçiriləcək”.

Xəbər lenti