Xəzər Xəbər

"Buzlu şüşə" görüntüsü COVID-19-a yoluxduğunuz mənasına gəlmir - Səhiyyə Nazirliyi AÇIQLADI

Cəmiyyət | 12:46 • 21 Sentyabr 2021
"Buzlu şüşə" görüntüsü COVID-19-a yoluxduğunuz mənasına gəlmir - Səhiyyə Nazirliyi AÇIQLADI

"KT (Kompüter Tomoqrafiya) müayinəsi zamanı əldə edilən buzlu şüşə görüntüsü yalnız COVID-19 infeksiya mənşəli pnevmoniyalarda əmələ gəlmir".
 
Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Yavər Hacısoy deyib. Onun sözlərinə görə, digər pnevmoniyalarda da buzlu şüşə görüntüsünə rast gəlinir:

"Sadəcə günümüzdə pandemiya səbəbi ilə bu nəticə daha çox COVID-19 ilə əlaqələndirilir. Mikrobioloji olaraq bir virusun təyini və təsdiqi üçün mütləq laborator müayinə aparılmalıdır. Əks halda bir infeksion xəstəliyin diaqnozu təsdiqlənmiş sayılmır".

Mütəxəssis həmçinin bildirib ki,  hazırda ÜST-ün tövsiyəsinə görə COVID-19 xəstəliyinin təqibində bəzi göstəricilər nəzarətdə saxlanılmalıdır:

"Bura qanın ümumi analizi, eritrositlərin çökmə sürəti (EÇS), C-reaktiv zülal, ferritin, D-dimer, laxtalanma dəyərləri və xəstəliyin ağırlığından asılı olaraq prokalsitonin, IL-6 və s. testlər aiddir. Sağlamlıq üçün isə, vaksinasiya günümüzdə şərtdir. Pandemiyaya son qoymaq və normal həyatımızı daha tez bərpa etmək üçün peyvəndlənmədən başqa çıxış yolumuz yoxdur"./Sfera.az 

Xəbər lenti