Xəzər Xəbər

Üçüncü dəfə vurulan peyvənd fərqli ola bilərmi? AÇIQLAMA

Cəmiyyət | 16:47 • 15 Sentyabr 2021
Üçüncü dəfə vurulan peyvənd fərqli ola bilərmi?

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə hər iki mərhələdə eyni növ peyvənd vurdurduqdan sonra üçüncü doza peyvəndləmə zamanı başqa istehsalçı şirkətlərin vaksinlərindən istifadə qüvvətləndirici (buster) doza hesab edilmir.

Xezerxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov nazirliyin instaqram hesabındakı çıxışı zamanı deyib.

Baş infeksionist bildirib ki, 3-cü dəfə vurulan peyvəndin qüvvətləndirici doza hesab edilməsi üçün onun əvvəl istifadə edilən peyvənd növündən seçilməsi vacibdir: “Əks halda, bu, növbəti vaksinasiya hesab edilir. Peyvəndləmə infeksiya ilə yoluxma zamanı ağırlaşma və ölüm hallarının minimuma endirilməsi üçün həyata keçirilir. Əgər ölkə əhalisinin 80 faizi COVID-19 virusu əleyhinə peyvənd olunarsa, bu, o demək deyil ki, həmin vətəndaşların heç biri infeksiyaya yoluxmayacaq. Nəzərə almaq lazımdır ki, koronavirusa yoluxan hər 10 nəfərdən yalnız 2 nəfəri peyvənd vurdurmuş ola bilər. Yəni, fərq çoxdur”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti