Xəzər Xəbər

İlin sonuna kimi şəhid ailələri və əlillərə daha 1700 ev veriləcək

Müharibə əlillərinə həmçinin 110 ədəd maşın veriləcək
Cəmiyyət | 15:52 • 20 Avqust 2021
İlin sonuna kimi şəhid ailələri və əlillərə daha 1700 ev veriləcək

Şəhid ailələri və müharibə əlillərinə 2021-ci ildə 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulur. Bu da mənzil və fərdi evlə təminat proqramının 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişləndiyini göstərir. Artıq bu ilin planı üzrə nəzərdə tutulan 3 min mənzil və fərdi evdən 1300-ü qeyd olunan kateqoriyadan olan vətəndaşlarımıza təqdim olunub.

Xezerxeber.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov deyib.

O bildirib ki, ilin sonunadək regionlarda 460-dan çox fərdi ev tikilərək şəhid ailələrinə və müharibə əlillərinə təqdim ediləcək. 2019-cu ildə əlilliyi olan 600 nəfər, 2020-ci ildə isə 400 nəfər, ümumən ötən dövrdə 7250 nəfər müharibə əlilinə Nazirlik tərəfindən avtomobil verilib. 2021-ci ildə müharibə əlillərinə ümumilikdə 160-a yaxın avtomobilin verilməsi hədəflənib ki, onlardan 50-si artıq təqdim edilib.

Xəbər lenti