Xəzər Xəbər

Azərbaycanda seysmik stansiyaların sayı 84-ə çatdırılacaq

Cəmiyyət | 16:10 • 20 Avqust 2021
Azərbaycanda seysmik stansiyaların sayı 84-ə çatdırılacaq

Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi çərçivəsində tərəfdaş ölkələrin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə Azərbaycanda quraşdırılacaq seysmik stansiyalarla bağlı növbəti müzakirələr aparılıb. Müzakirələrdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov təmsil edib.

Mərkəzdən xezerxeber.az-a bildiriblər ki, onlayn şəkildə keçirilən müzakirələr zamanı layihə iştirakçıları və tərəfdaş ölkələrin nümayəndələri yeni stansiyaların quraşdırılması, seysmik monitorinq şəbəkəsinin genişləndirilməsi və aparılan tədqiqatların keyfiyyətinin yüksəldilməsi məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Ukrayna Elm və Texnologiya Mərkəzinin qrant layihəsi hesabına Azərbaycanda daha 22 yeni seysmik stansiya quraşdırılacaq. Həmin stansiyalardan 12-si Abşeron yarımadasındakı palçıq vulkanlarının ətrafında, 10 seysmik stansiya isə respublikanın ayrı-ayrı bölgələrində quraşdırılacaq. Artıq quraşdırma işlərinə ilkin mərhələdə başlanıb. Həmin stansiyaların quraşdırılmasından sonra seysmik stansiyaların sayı 84-ə çatacaq.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti