Xəzər Xəbər

Azərbaycanda şirkət 20 min manat cərimələnib

Cəmiyyət | 12:23 • 20 Avqust 2021
Azərbaycanda şirkət 20 min manat cərimələnib

Azərbaycanda əmək qanunvericiliyinin tələblərini pozan şirkət cərimə olunub.

Lənkəran rayon prokurorluğundan xezerxeber.az-a verilən məlumata görə, “Alov-Mühafizə” MMC mühafizə şirkəti tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Lənkəran rayon prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.

Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmiş və məhkəmənin qərarı ilə “Alov-Mühafizə” MMC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.

Xəbər lenti