Xəzər Xəbər

Təhsil Nazirliyi məktəblərin açılıb-açılmayacağına münasibət bildirdi

"Məktəblərin açılması həm də vaksinlənmiş valideyndən asılıdır"
Cəmiyyət | 17:55 • 18 Avqust 2021
Təhsil Nazirliyi məktəblərin açılıb-açılmayacağına münasibət bildirdi

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov valideynlərin vaksin olunması tələbi ilə bağlı səslənən fikrilərə münasibət bildirib.

Xezerxeber.az-ın məlumatına görə, sektor müdiri deyib ki, bu sualla bağlı son vaxtlar Nazirliyə jurnalistlər tərəfindən sorğu və telefon zəngləri olur: "Son vaxtlar bizə sorğu, telefon zəngi ilə müraciət edən jurnalist həmkarlarımızın əksəriyyəti eyni sualı verirlər: Məktəblərə valideynlərin vaksin olunması ilə bağlı tapşırıq verilibmi? Cavab budur ki, “Xeyr”, verilməyib. Ancaq suala cavab verilərkən, həm də “Bəli” demək istərdik. Niyə? Ona görə ki, yeni tədris ilində məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır. Belə deyilmi!? Bir sözlə, #TəhsilÜçünVaksinasiya bu gün də aktualdır".

Xəbər lenti

Çox oxunanlar