Xəzər Xəbər

Sabah dəhşət isti olacaq - Evdən çölə çıxmayın

Sabah havanın temperaturu 44 dərəcəyədək yüksələcək
Cəmiyyət | 613 | 12:27 • 20 İyul 2021
Sabah dəhşət isti olacaq - Evdən çölə çıxmayın

İyulun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, sabah cənub küləyi əsəcək. Havanın temperaturu gecə 24-27° isti, gündüz 35-40° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə əsasən, cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 21-də Abşeron yarımadasında havanın maksimal temperaturunun 38-40°-dək yüksələcəyi, zəif küləklərin üstünlüyü gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 15-20° isti, gündüz 30-35° isti olacaq.

 

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti