Xəzər Xəbər

Gözdən uzaq, könüldən iraq:Kənd toylarına nəzarət necə təşkil edilir?

Cəmiyyət | 673 | 15:05 • 19 İyul 2021
Gözdən uzaq, könüldən iraq:Kənd toylarına nəzarət necə təşkil edilir?

Məlumata görə, Bərdədə toy mərasimlərindən birində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Məlumata görə, Nazırlı kəndində həyətdə baş tutan toy mərasimində 20-yə yaxın şəxs qidadan zəhərlənib. Zəhərlənən şəxslərin Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırııldığı, faktla bağlı araşdırma aparıldığı deyilir.

Maraqlıdır, pandemiya şəraitində toyların keçirilməsinə nəzarəti həyata keçirən qurumların sırasında olan AQTA- nın nümayəndələri kənddəki toylara da nəzarət edirmi? Əgər bu belədirsə, pandemiya dövründə toyda qida zəhərlənmələri nə üçün baş verir?

Bərdə Rayon İcra Hakimiyyətindən verilən açıqlamada toyda zəhərlənmə xəbəri təkzib edilb. Nazırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən kənddə elə hadisənin yaşanmadığı deyilib. Həmçinin, Bərdədə Nazırlı adda iki kəndin olduğu, hər iki kənddə də belə bir hadisənin yaşanmadığı, ümumiyyətlə, toy mərasiminin keçirilmədiyi bildirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Mansur Piriyev isə xəbəri dəqiqləşdirəcəyini deyib. Əlavə edib ki, toy mərasimlərində birgə monitorinqlər keçirilir, hər gün məlumatlar rəqəm və ünvanlarla AQTA- nın saytında öz əksini tapır:

“Keçirilən monitorinqlərin nəticələrinin ictimaiyyətə açıq olması üçün saytda yerləşdiririk".

AQTA-nın şöbə müdiri bildirib ki, bəzən toy edən ev sahibləri rəsmi qaydada portaldan qeydiyyatdan keçməyərək, qanunsuz olaraq, icazə almadan, eyni zamanda pandemiya dövründəki qaydalara əməl etmədən məclis təşkil edirlər:

“Bu kimi halların hamısına qanunvericiliklə müvafiq tədbirlər görülür və ictimaiyyətə açıqlanır".

Qeyd edək ki, Nazirlər Kabineti iyulun 1-dən Azərbaycanda toyların keçirilməsinə icazə verib. Toyların tələb olunan şərtlərlə keçirilməsinə nəzarət edəcək qurumlar da müəyyənləşib. Şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirlərini Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir./Cebhe.info

Xəbər lenti