Bakı 28 ℃
Xəzər Xəbər
USD 1.7

İşğaldan azad olunmuş rayonlarda SABAH QURBANLAR KƏSİLƏCƏK

Cəmiyyət | 13:05 • 19 İyul 2021
İşğaldan azad olunmuş rayonlarda SABAH QURBANLAR KƏSİLƏCƏK

Biz hər il dua edirdik ki, torpaqlarımız işğaldan azad olunsun və Allah bizə o torpaqlarda qurbanlar kəsməyi nəsib etsin. Şükür Allaha ki, Qarabağ azad olundu, biz bu il zəfər çalmış bir xalq kimi o torpaqlarda qurbanlar kəsəcəyik.

Bu sözləri açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

İlahiyyatçı bildirib ki, bu il işğaldan azad olunan rayonlarda da illərdir gözlənilən qurbanlar kəsiləcək, bütün vətənimizdə qurbanlıq icra olunacaq:


“İşğaldan azad olunmuş torpaqlarda qurbanların kəsilməsinə artıq qərar verilib. Bu zəfəri bizə Ali B aş Komandan, şəhidlərimiz və qazilərimiz yaşatdı. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin, Allah vətənimizi və xalqımızı daim qorusun”.

Fuad Nurullayev sonda pandemiyanın hələ də davam etdiyini xatırladıb və diqqətli olmağı tövsiyə edib: “İnsanlar nizam-intizamı gözləsinlər, Operativ Qərargahın tövsiyələrinə qulaq assınlar. Virusun yayılmasının qarşısını almaq üçün ehtiyatlı olsunlar”./Publika.az

Xəbər lenti

Çox oxunanlar