Xəzər Xəbər

Delta ştamına yoluxanlarda bu əlamət olur HAMI OXUSUN

Cəmiyyət | 24,750 | 19:28 • 16 İyul 2021
Delta ştamına yoluxanlarda bu əlamət olur

Delta ştamına yoluxan şəxslərdə xəstəlik özünü 3-5 gün ərzində büruzə verir.

Bunu açıqlamasında həkim Aqil Axundov deyib. O bildirib ki, Delta ştamına yoluxan şəxslərdə daha çox burun axması müşahidə olunur:

“Əgər 100 min adam koronaya yoluxubsa, onların hamısında Delta ştamı olub-olmamasını müəyyənləşdirməyin mənası yoxdur.

Çünki bu ştam ölkədə aşkarlanıbsa, demək müraciət edənlərin böyük əksəriyyətində Delta ştamıdır. Bu ştama qat-qat yumşalmış vəziyyətdə rast gəlinir. Gözdən yaş axır, dad və iybilmə çox az hallarda itir. Noyabr-dekabrda müşahidə etidiyimizdən fərqli olan isə daha çox burun axması və boğaz ağrısıdır.

Əgər adi koronaya yoluxma 2-21 gün ərzində müşahidə olunurdusa, bu ştam 3-5 gün ərzində özünü göstərir və 7 dəfə daha sürətli yayılır. Lakin artıq dünyanın bir çox ölkəsində vaksinasiya tətbiq olunub. Onun necə yayılacağı böyük sualdır”. 

Xəbər lenti