Xəzər Xəbər

Qızmar günəş altında gəzənlər - XƏBƏRDARLIQ!

Cəmiyyət | 17:52 • 18 İyun 2021
Qızmar günəş altında gəzənlər - XƏBƏRDARLIQ!

"Hər kəs yay ayları müddətində maksimum dərəcədə günəş şüalarından faydalanmağa çalışır". 

Bu sözləri açıqlamasında həkim-kosmetoloq Aysu Əhmədli deyib.

Onun sözlərinə görə, pandemiya dövründə virus bakteriyalara qarşı mübarizədə necə də kömək olduğunu bilərək maksimum dərəcədə qəbul etməyə çalışır: "Ümumiyyətlə günəş şüaları orqanizmdə qida ilə qəbul etmədiyimiz D vitaminimizi zənginləşdirməyə kömək edir. D vitamini sümüyün inkişafı üçün və sağlam əzələ quruluşu üçün çox faydalıdır. Bundan əlavə günəş şüaları böyrək və qaraciyərə öz təsirini göstərir. Ən əsası enerji verir və yorğunluğu azaldır. Xoşbəxtlik hormonu olan serotanin miqdarını artırır. Əsasən körpələr üçün günəş şüasının xeyri çoxdur. Orqanizmdə kalsium miqdarını artırmaqla bədən quruluşunun düzgün formaya salınmasına kömək edir. Bundan əlavə orqanizmin müqavimətini gücləndirir".

Aysu Əhmədli həmçinin qeyd edib ki, günəş şüasının müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var: "İlk növbədə onu nəzərə almaq lazımdır ki, günəş şüası dəridə olan kolagen və elastin liflərinin miqdarının azalmasına təsir edir. Bu da dəridə qırışların yaranmasına səbəb olur. Həddindən artıq günəş altında qalmaq dəri xərçənginin yaranmasına səbəb ola bilər. Ümumiyyətlə açıq dərili insanların günəş altında çox qalmağı məsləhət görülmür. Həddindən artıq qızmar günəşin altında qalmaq günvurma, istilik vurma hadisələri ilə nəticələnə bilər. Qızmar günəş altında olarkən çoxlu su içmək və yüksək dərəcədə "spf" tərkibli kremlər istifadə etmək məsələhət görülür. Bundan əlavə yayın atributları olan eynək və papaqdan istifadə edilməlidir"./sia

Xəbər lenti

Çox oxunanlar