Xəzər Xəbər

Xəzər rayonunda yaşayış binalarının eyvanlarına gül dibçəkləri düzülür

Cəmiyyət | 11:29 • 11 İyun 2021
Xəzər rayonunda yaşayış binalarının eyvanlarına gül dibçəkləri düzülür

Meqapolisə çevrilməkdə olan Bakı şəhərində ekoloji tarazlığın bərpası, ətraf mühitin qorunması və vizual gözəlliyin təmin edilməsi üçün müxtəlif layihələr həyata keçirilir.

XəzərXəbər-in məlumatına görə, bu layihələrin davamı olaraq yay fəslinin gəlişi ilə əlaqədar şəhərin estetik görünüşünün daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Xəzər rayonunda küçə və prospektlər boyunca yerləşən yaşayış binalarının eyvanlarında müxtəlif güllərlə bəzədilmiş dibçəklər yerləşdirilir.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən başladılan aksiya Xəzər rayonunda da uğurla həyata keçirilir.

 

Belə ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun əsas küçə və prospektlərindən biri olan Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22 və 24 saylı binalar seçilərək, sözügedən binaların eyvanları mövsümi gül və çiçəklərlə bəzədilmişdir.

Yerli sakinlər tərəfindən bu aksiya sevinc hissi ilə qarşılanmışdır.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti