Xəzər Xəbər

Son günlər uşaqlarda qızdırma və qıcolma müşahidə olunur - Pediatr valideynlərin nə etməli olduğunu AÇIQLADI

Cəmiyyət | 13:35 • 4 May 2021
Son günlər uşaqlarda qızdırma və qıcolma müşahidə olunur - Pediatr valideynlərin nə etməli olduğunu AÇIQLADI
"Son günlər yayılan qızdırmalardan uşaqların əksəriyyətində qıcolma olduğunun şahidi oluruq. Həmin an ağıla nədənsə ilk uşağın ağzını açıb dili tutmağa çalışmaq gəlir. Bu yalnış addımdır”.
 
Bunu pediatr Günay Rəsulova deyib. Mütəxəssisin sözlərinə görə,  həmin addım sonradan uşağın ağzında, dilində ciddi yaralanma, hətta qanaxmaya səbəb ola bilər:
 
"O andakı həyəcan başa düşüləndir. Amma heç kimin övladı bu durumdan sığortalanmayıb. Çünki tam sağlam uşaqlar belə qızdırmadan qıcolma keçirə bilər. Yüksək qızdırma zamanı uşaqda periferik damarlar spazm etdiyinə görə əl-ayaq soyuq ola bilər. Bu, anaları çaşdırmasın. İstilik hiss etdiyiniz və ya bütün günü evi dağıdan uşağın birdən-birə halsızlaşıb süstləşdiyini, zarımağa başladığını hiss etsəniz, onun dərhal qızdırmasını ölçün”.
 
Pediatr belə hallarda valideynlərin etməli olduqlarından da söz açıb:
 
"Qıcolma çox vaxt istiliyi fərq edilməyən əli-ayağı soyuyan və üşüdən uşağı isitməyə çalışarkən olur. Olmaması üçün hərarət 38,5 dərəcə temperaturu keçən kimi "parasetamol” içirin, uşağı soyundurun, bədənini ilıq su ilə silin, otağın havasını sərinləşdirin. Qıcolma keçirən uşağı sadəcə sağ böyrü üstə uzadın və təcili yardım çağırın. Özünüz daha tez çata bilərsinizsə, ən yaxındakı tibb müəssəsinə uşağı özünüz aparın. Uşağın ağzını açıb dili tutmağa çalışmayın!
Dil arxaya gedib uşağı boğmaz, əgər siz onu böyrü üstə çevirmiş olsanız. Yalnız dil-dişlər arasında qalıb sıxıldığını görsəniz, dişləri aralayıb dili xilas edin. Qızdırmadan olan qıcolmalar çox zaman təhlükəsizdir. Amma hər halda belə uşağın bir nevroloq müayinəsindən də keçməsini tövsiyə edirəm. Ən çox yol verilən yalnışlardan digəri isə, qızdırmaya bağlı sudurqa keçirmiş uşağa sonradan uzun müddət təyin edilən qıcolma əleyhinə dərmanların verilməsidir”./Sfera.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti