Xəzər Xəbər

Nazirlər Kabineti attestatlarla bağlı qaydalarda dəyişiklik etdi

Cəmiyyət | 19:18 • 3 May 2021
Nazirlər Kabineti attestatlarla bağlı qaydalarda dəyişiklik etdi

“İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 268 nömrəli Qərarında dəyişiklik edilib.

Xezerxeber.az xəbər verir ki, bununla əlaqədar Baş nazir Əli Əsədov mayın 3-də Nazirlər Kabinetinin 127 nömrəli Qərarını imzalayıb.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 noyabr tarixli 192-VIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 268 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 998) ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”na 1 nömrəli əlavə - “İxtisas attestatının verilməsinə dair ərizə forması”nın 6-cı hissəsi aşağıdakı redaksiyada verilsin:

“6. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarına münasibətdə həmin kvalifikasiyaların tanınması tələb edildiyi halda, kvalifikasiyaların

tanınması haqqında şəhadətnamənin nömrəsi _________”.

Xəbər lenti

Çox oxunanlar