Xəzər Xəbər

Növbəti rayonun qaz təchizatı yaxşılaşdırılır

Cəmiyyət | 17:35 • 27 Aprel 2021
Növbəti rayonun qaz təchizatı yaxşılaşdırılır

Sabirabad rayonunun Muğan prospektində istismar müddəti başa çatmış diametri 159 mm olan yeraltı qaz xətti yerüstü qaz xətti ilə əvəz edilir.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata əsasən, Muğan prospekti və Bulaqlı kəndini əhatə edəcək yerüstü qaz xətti hazır olduqdan sonra 698 abonentin qaz təchizatı xeyli yaxşılaşacaq.

1 400 metr uzunluğunda çəkilən yeni qaz xətti payız-qış mövsümündə təbii qazın normal rejimdə verilməsinə imkan yaradacaq.

Bildirilib ki, Sabirabad rayonu, Kürətrafı ərazidə yaşayan 1 700 abonentin də qaz təchizatı xeyli yaxşılaşdırılıb. Rayonun Şərifzadə küçəsindən E.Qəmbərov küçəsinə 628 metr uzunluğunda müxtəlif diametrli əlaqələndirici xətlər çəkilib.

Bundan əlavə, Suqovuşan kəndində yerləşən qaz paylayıcı stansiyadan 1991-ci ildə çəkilmiş qaz xəttinin əvəzlənməsi işləri də həyata keçirilir.

Eləcə də, Sabirabadda 2 300 metrlik istismar müddəti başa çatmış digər qaz xətti də təmir olunur. Yeni xətt tam hazır olduqdan sonra 6 000 abonentin qaz təchizatı xeyli yaxşılaşdırılacaq.

Xəbər lenti