Xəzər Xəbər

COVID-19-dan sağalanların sayı yoluxanları üstələdi

Cəmiyyət | 17:32 • 25 Aprel 2021
COVID-19-dan sağalanların sayı yoluxanları üstələdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 541 yeni yoluxma faktı qeydə alınıb, 2 245  nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. 

Azərbaycanda indiyədək ümumilikdə 313 006 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 279 179 nəfər müalicə olunaraq sağalıb, 4 371 nəfər vəfat edib, 29 456  aktiv xəstə sayı  nəfərdir.

Ölkədə son sutka ərzində 11 492, hazırkı dövrədək isə 3 189 536 test aparılıb.

Xəbər lenti

Çox oxunanlar