Xəzər Xəbər

Repetitorluq bazarı böyüyür

Cəmiyyət | 19:09 • 17 Aprel 2021
Repetitorluq bazarı böyüyür

Araşdırmalar göstərir ki, bütün dünyada valideynlər tərəfindən təhsilin əhəmiyyətinin dərk olunması səviyyəsi artmaqdadır. Bunun əsas səbəblərindən biri təhsilin keyfiyyəti və aktual ixtisas kimi amillərin sosial rifahın təmin olunması baxımından digər amilləri üstələməsidir. Bu hal keyfiyyətli təhsil verən müəssisələr və aktual ixtisaslar uğrunda rəqabətin artmasına səbəb olur.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM-in “facebook” səhifəsində “Test imtahanları repetitorluğun artmasına səbəb olurmu?” sualını cavablandırarkən söyləyib.

O deyib: “Ölkəmizdə də ali təhsilin bütün vətəndaşlar üçün bərabər dərəcədə əlçatan olması və obyektiv qiymətləndirmə və seçmənin həyata keçirilməsi bu sahədə rəqabəti artırır. Valideynlər övladlarının bu yarışda önə çıxmasını təmin etmək üçün onları əlavə məşğələlərə yazdırır və ya fərdi repetitor xidmətindən istifadə edirlər. Qeyd olunduğu kimi, bu, sadəcə, ölkəmizə xas olan tendensiya deyil, əksinə bütün dünyada gedən proseslərlə üst-üstə düşür. Belə ki, bu sahədə beynəlxalq miqyasda aparılan ən son araşdırmaya əsasən dünyada repetitorluq bazarının 2027-ci ilə qədər hər il orta hesabla 7,1 faiz böyüməsi ehtimal olunur. Bunun əsas səbəbi rəqabətlə yanaşı, şagirdlərin özlərinə fərdi yanaşma tələb etməsidir. O da qeyd olunmalıdır ki, bu tendensiya onlayn repetitor xidmətlərinin də artmasına səbəb olur”.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti