Xəzər Xəbər

Bakıda bələdiyyə sədri 3 min manat cərimə edildi

Cəmiyyət | 16:15 • 17 Aprel 2021
Bakıda bələdiyyə sədri 3 min manat cərimə edildi

Ölkəmizdə sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə ətraf mühitin mühafizəsinə nəzarət artırılıb.

Belə ki, aprelin 16-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində məişət və digər qarışıq tulantıların qalaqlanması aşkarlanıb. Keçirilən müvafiq tədbirlər nəticəsində ətraf mühitin mühafizəsinə məsul olan vəzifəli şəxs müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinin 541-ci (ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi) maddəsinin tələblərini pozduğuna görə qəsəbə bələdiyyəsinin sədri H.Hüseynova 3 min manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib.

DİN qeyd olunan hallarla bağlı diqqətə çatdırır ki, Daxili İşlər Nazirliyinin əməkdaşları hansısa vətəndaşın məsuliyyətə cəlb edilməsində maraqlı deyil. Əsas məqsəd hər bir şəxsin üzərinə düşən vəzifədən irəli gələrək hüquq qaydasına əməl etməsindən, digər şəxslərin hüquqlarına hörmətlə yanaşmasından, ictimai qaydanın qorumasına töhfəsini verməsindən ibarətdir.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti