Xəzər Xəbər

Azərbaycanda 3-cü dalğa təhlükəsi- minimum 6 milyon insan...

Cəmiyyət | 12:38 • 8 Aprel 2021
Azərbaycanda 3-cü dalğa təhlükəsi- minimum 6 milyon insan...

"Azərbaycanda koronavirusa yoluxanların sayının qarşısının alındığını deyə bilmərəm. Ancaq epidemioloji vəziyyət nəzarət altına alınıb. Çünki üçüncü dalğa bir həftədir başlasa da, hələ çox ciddi rəqəmlərə çatmayıb. Bu məsələdə vaksinasiya prosesinin də və bundan əvvəlki dalğada xəstələnən insanların da rolu var".

XəzərXəbər xəbər verir ki, bu sözləri baku.ws-ə tibb üzrə fəlsəfə doktoru, tanınmış həkim Vasif İsmayıl bildirib.

O əlavə edib ki, Azərbaycanda məhdudiyyətlərin yaxın həftələr ərzində yumşaldılacağına dair bir söz söyləmək çətindir: "Çünki biz hələ üçüncü dalğanın zirvəsini görməmişik. Üçüncü dalğanın zirvəsini görüb aşağıya doğru eniş başladıqdan sonra rahatlaya bilərik.

Gözlənilir ki, yay aylarına qədər vaksinasiya prosesi yekunlaşdırılsın. Əhalinin minimum 60 faizi peyvənd olunsun. Ölkədə epidemiyanın qarşısını ala biləcək kütləvi immunitetin yaranması üçün 6 milyon əhalinin xəstələnib sağalması və ya peyvənd olunması lazımdır.

Yay fəslində çöldə maskasız gəzilməsi mövzusunda bir şey söyləmək çətindir. Zənnimcə, edidemiyanın bu sürətlə getməsi və tendenisyada olması yay aylarında maskadan qurtulacağımızı ortaya qoymur".

 

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti