Xəzər Xəbər

Azərbaycanda vaksin olunanların sayı 453 mini keçdi

Cəmiyyət | 16:46 • 14 Mart 2021
Azərbaycanda vaksin olunanların sayı 453 mini keçdi

Ötən gün Azərbaycan Respublikasında 5 942 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

XəzərXəbər koronavirusinfo.az saytına istinadla xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə 453 586 nəfər COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam edir.

Xəbər lenti