Xəzər Xəbər

Daha bir qazi yüksək texnologiyalı protezlə təmin ediləcək

Cəmiyyət | 17:21 • 27 Fevral 2021
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən Müharibəsinin qazisi İntiqam Əkbərovun da yüksək texnologiyalı protezlə təmin edilməsi işlərinə başlanıb. Qazimiz Zəngilan istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq sol ayağını və sağ qolunu itirib.

Nazirlikdən bildirilib ki, o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib. Burada müayinəsi aparılıb, müvafiq ölçülər götürülərək təlimatlar verilib.

Protezləşməyə hazırlıq mərhələsi bitdikdən sonra o, yüksək texnologiyalı protezlə təmin olunacaq.

İ.Əkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxs kimi bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş sosial təminat hüquqlarından, güzəşt və imtiyazlardan da yararlana biləcək.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti