Xəzər Xəbər

Vətən müharibəsi qazisinə kiçik müəssisə qurması üçün dəstək göstərilib

Əsəd Əliyev növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib
Cəmiyyət | 14:37 • 21 Fevral 2021
Vətən müharibəsi qazisinə kiçik müəssisə qurması üçün dəstək göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş və döyüşlərin birində yaralanmış Əliyev Əsəd Qurban oğlunu da sosial dəstəklə əhatə edib.

Nazirlikdən xezerxeber.az-a bildiriblər ki, Bakının Xəzər rayon sakini olan qazi anası ilə birgə yaşayır. Nazirlik tərəfindən Əsədə əlillik, bununla əlaqədar Prezidentin aylıq təqaüdü və müavinət təyin olunub.

Bu günlərdə Nazirliyin əməkdaşları qazinin ailəsi ilə görüşərkən o, özünüməşğulluq proqramına cəlb olunmaq, proqramın dəstəyi ilə meyvəqurutma üzrə kiçik müəssisəsini qurmaq istədiyini bildirib. Əsədin bu istəyi nəzərə alınaraq o, Dövlət Məşğulluq Agentliyi tərəfindən növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib.

Qısa müddətdə ona meyvəqurutma üzrə kiçik müəssisəsini qurmaq üçün bütün avadanlıqlar təqdim edilib.

Xəbər lenti