Bakı 1 ℃
Xəzər Xəbər
USD 1.7

“Azəriqaz” smart sayğacların ləğvi məsələsinə aydınlıq gətirdi

Cəmiyyət | 744 | 16:58 • 22 Yanvar 2021
“Azəriqaz” smart sayğacların ləğvi məsələsinə aydınlıq gətirdi

"Smart tipli qaz sayğaclarının mexaniki sayğaclara dəyişdirilməsi zamanı qaz sərfiyyatının çox olması ilə bağlı ictimaiyyətdə, mətbuatda məlumatlar yayılıb. Biz belə qərara gəldik ki, bütün müraciət edən abonentlərin qaz sayğacları araşdırılsın. Bütün yazılı şəkildə müraciət edən abonentlərin sayğacları araşdırılacaq”.


Bunu "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev feysbuk sosial şəbəkəsi üzərindən canlı yayım zamanı bildirib.


R. Əliyev həmçinin bildirib ki, əvvəldən ödənişli – smart sayğaclar ləğv olunmayıb: "Daha müasir smart sayğacların alışını həyata keçiririk. Hazırda Almaniya istehsalı olan 200 ədəd sayğac Bakı Şəhərində quraşdırılıb. İlkin mərhələdə 30 min ədəd belə sayğac bizə təhvil verilib. Abonentlər müraciət edərsə, 10 iş günü müddətinə əvvəldən ödənişli sayğacla əvəzləyə bilərik”. /Qafqazinfo

Çox oxunanlar