Xəzər Xəbər

Daha iki qaziyə dəstək işlərinə başlanıb

Cəmiyyət | 13:01 • 17 Yanvar 2021
Daha iki qaziyə dəstək işlərinə başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları İkinci Qarabağ müharibəsinin daha iki qazisi - Rüstəmov Sübhan Yusif oğlu (Oğuz) və Tarverdiyev Məlik Malik oğlu (Xaçmaz) ilə bağlı sosial dəstək işlərinə başlayıblar.


Nazirlikdən xezerxeber.az-a bildiriblər ki, S.Rüstəmovun ailəsi ilə görüşən Nazirlik əməkdaşları qazinin istəyinə və əmək bacarığına uyğun olaraq onun üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfat yaradılmasını qərara alıblar.


M.Tarverdiyevin ailəsi ilə görüş zamanı qazi özünüməşğulluq proqramına cəlb olunmaq istədiyini bildirib. İstəyinə uyğun olaraq onun üçün iaşə xidmət sahəsi yaradılması ilə bağlı müvafiq sənədləşdirmə işləri aparılıb.


Hər iki ailəyə ünvanlı sosial yardım almaq üçün müraciət proseduru, müvafiq qanunvericilik barədə də məlumat verilib, sosial vəziyyətlərinin diqqətdə saxlanacağı bildirilib. S.Rüstəmovun və M.Tarverdiyevin əlilliyinin qiymətləndirilməsinin aparılacağı və əlillik təyin olunduğu halda onlara hər ay sosial ödənişlər veriləcəyi də qeyd edilib.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti