Xəzər Xəbər

“8 Noyabr” metrostansiyası nə zaman açılacaq? AÇIQLAMA

Cəmiyyət | 10:33 • 16 Yanvar 2021
“8 Noyabr” metrostansiyası nə zaman açılacaq?

"8 Noyabr” stansiyasında infrastruktur baxımından tamamlanma işləri görülür”


XəzərXəbər xəbər verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "oxu.az”ın sorğusuna cavab olaraq deyib.


O bildirib ki, stansiyanın açılışı ilə bağlı hələ ki, dəqiq tarix müəyyən olunmayıb:


"Stansiyanın açılışı ilə bağlı dəqiq tarix bəlli olanda bu barədə ictimaiyyətə məlumat veriləcək”.


Qeyd edək ki, sosial şəbəkələrdə həmin stansiyanın yanvarın sonunda açılacağı ilə bağlı iddialar yayılıb.

Xəbər lenti