Xəzər Xəbər

Tələbələrin köçürülməsi zamanı imtahan nəticələri nəzərə alınmaya bilər

Cəmiyyət | 15:56 • 15 Yanvar 2021
Tələbələrin köçürülməsi zamanı imtahan nəticələri nəzərə alınmaya bilər

Fevralın 1-dən tələbələrin köçürülməsinə başlanılır. Tələbələrin köçürülməsi zamanı imtahan nəticələri nəzərə alınmaya bilər.


Xezerxeber.az xəbər verir ki, bunu "Pandemiya şəraitində tədrisin və imtahanların təşkili” mövzusunda vebinarda Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.


O bildirib ki, fevralın 1-dən tələbələrin köçürülməsi prosesi başlasa da, imtahan sessiyası davam edəcək. Tələbələrin imtahanlarını verəcəkləri fənn üzrə qiymətləri köçürülmə zamanı nəzərə alınacaq, vermədikləri imtahanlar isə transfer üçün problem yaratmayacaq.

Xəbər lenti

Çox oxunanlar