Xəzər Xəbər

Azərbaycana gətiriləcək koronavirus vaksinlərinin həyati təhlükəsi varmı? Həkim danışır

Cəmiyyət | 16:29 • 11 Yanvar 2021
Azərbaycana gətiriləcək koronavirus vaksinlərinin həyati təhlükəsi varmı?

Mən bir ekspert kimi koronavirus peyvəndinin yan təsirlərindən narahat deyiləm.


XəzərXəbər bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı, həkim Rəşad Mahmudov deyib.


R.Mahmudov bildirib ki, əsas məsələ peyvəndin faydalılığı və bu faydalılığın nə qədər müddət çəkəcəyidir: "Bunu da zaman göstərəcək. Xüsusən ölkəmizə gətiriləcək ənənəvi peyvəndin ciddi həyati təhlükə yaratması ehtimalı demək olar ki, sıfıra bərabərdir".


R.Mahmudov bildirib ki, ümumilikdə peyvənd virus xəstəliklərinə qarşı ən effektiv vasitədir:

"Tarix boyu pandemiya və epidemiyaların qarşısının alınmasında "qızıl açar" rolunu peyvəndlər üzərinə götürüb. Bu gün bu reallığı hamı qəbul etməlidir ki, effektiv peyvəndin dünyada kütləvi şəkildə istifadəsi koronavirus bəlası ilə mübarizədə uğur qazanmamıza səbəb ola bilər".


Qeyd edək ki, Azərbaycana Çin istehsalı olan "Sinovac" peyvəndinin gətirilməsi haqqında danışılır.

Xəbər lenti