Xəzər Xəbər

Məcburi köçkünlər üçün inşa edilmiş 4700-ə yaxın mənzil nazirliyin balansına verilib

Cəmiyyət | 12:17 • 8 Yanvar 2021
Məcburi köçkünlər üçün inşa edilmiş 4700-ə yaxın mənzil nazirliyin balansına verilib

Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə 2020-ci ildə məcburi köçkünlər üçün inşa edilmiş mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) balansına verilib.


Xezerxeber.az-ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Heseynov deyib.


Onun sözlərinə görə, qəsəbələrdən və hündürmərtəbəli binalardan ibarət olan 4700-ə yaxın mənzil nazirliyin balansına verilib.


F.Hüseynov bildirib ki, həmin yaşayış kompleksləri Bakı, Sumqayıt, Abşeron, Samux və Lənkəran ərazisində inşa edilib və istifadəyə hazırdır.

Xəbər lenti