Xəzər Xəbər

Bakı metrosunun “8 Noyabr” stansiyasının lövhəsi vurulub

Cəmiyyət | 17:23 • 12 Dekabr 2020
Bakı metrosunun “8 Noyabr” stansiyasının lövhəsi vurulub

"Bakı Metropoliteni" QSC-nin Bakı şəhəri, Ceyhun Səlimov küçəsində yerləşən yeni metrostansiyasına "8 Noyabr” lövhəsi vurulub.


Bu barədə "Xezerxeber.az”a qurumdan bildirilib.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası Zəfər Günü münasibətilə "8 Noyabr” adlandırılıb.


Qeyd edək ki, "8 Noyabr” metrostansiyası Bənövşəyi xəttin 3-cü stansiyasıdır və Mərkəzi Klinik Hərbi Hospitalın qarşısında yerləşir (Papanin). Başlanğıcını Bakı Beynəlxalq Avtovağzalından (gələcəkdə Xocahəsən qəsəbəsinədək uzanacaq) götürən "Bənövşəyi xətt" bütün paytaxtı keçərək Qaraçuxur qəsəbəsinədək uzanacaq. Bu xəttin digər özəlliyi onun şəhərin lap mərkəzindən keçməsidir ki, nəticədə paytaxtın bu ərazilərində sərnişin daşımaları qat-qat asanlaşmalıdır.


Bu xəttin üzərində 12 stansiya olacağı nəzərdə tutulub. "Bənövşəyi xətt"in ilk stansiyası (şərti olaraq B-1) Bakı Beynəlxalq Avtovağzalında işə düşüb, sonrakı stansiya B-2 və ya "Memar Əcəmi-2” stansiyasıdır. Adından göründüyü kimi, bu stansiya keçid stansiyasıdır, yəni onun vasitəsilə «Bənövşəyi xətt»in sərnişinləri «Memar Əcəmi» stansiyası vasitəsilə hazırda mövcud olan «Dərnəgül - Xətai» xəttinə keçə bilərlər.


Nərmin

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti