Xəzər Xəbər

Beynəlxalq Nəqliyyat Forumunun iclası keçirilib

Cəmiyyət | 16:55 • 11 Dekabr 2020
Beynəlxalq Nəqliyyat Forumunun iclası keçirilib

Beynəlxalq Nəqliyyat Forumuna üzv ölkələrin növbəti iclası keçirilib. "Nazirlərin COVID-19 və Nəqliyyat mövzusunda xüsusi qeyri-rəsmi dəyirmi masası” videobağlantı formatında təşkil edilib.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xezerxeber.az-a bildirilib ki, tədbirdə ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə təmsil edib.


Elmir Vəlizadə Azərbaycanın pandemiya dövründə də öhdəliklərinə məsuliyyətlə yanaşdığını, etibarlı tranzit və logistika mərkəzi olaraq ərazisi üzərindən maneəsiz tranzit trafikini təmin etdiyini bildirib. "Pandemiya şəraitində ölkələrimiz arasında açıq ticarətin qorunması və beynəlxalq yükdaşımalarının fasiləsiz həyata keçirilməsi vacibdir. Azərbaycan Respublikası Hökumətinin qərarına uyğun olaraq, xarici yük maşını sürücüləri maneəsiz Azərbaycan ərazisinə daxil ola və ya ölkə ərazisindən tranzit keçə bilirlər”, – deyə nazir müavini iştirakçıların diqqətinə çatdırıb.


O qeyd edib ki, yük maşını sürücülərinin, digər insanlarla təmaslarını minimuma endirmək məqsədilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında xüsusi ayrılmış istirahət və yemək yerləri yaradılıb.


Nazir müavini nəqliyyatdakı inkişaf tendensiyaları və "COVID-19” pandemiyasının nəqliyyat əməliyyatları və xidmətlərində rəqəmsallaşdırma da daxil olmaqla müasir texnologiyaların tətbiqinin vacibliyini bir daha nümayiş etdirdiyini vurğulayıb.


Nərmin


Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti