Xəzər Xəbər

Yeni il bayramı ilə əlaqədar 5 gün qeyri-iş günü olacaq

Cəmiyyət | 15:33 • 5 Dekabr 2020
Yeni il bayramı ilə əlaqədar 5 gün qeyri-iş günü olacaq

2021-ci ildə Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.


Xezerxeber.az-ın məlumatına görə,  31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar - Yeni il bayramı qeyri-iş günüdür.


2 yanvar şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən yanvarın 4-ü də qeyri-iş günü olacaq.


Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq.


Nərmin Məcidli

Xəbər lenti

Çox oxunanlar