Xəzər Xəbər

Macarıstanda ölkəmizin Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Cəmiyyət | 08:55 • 5 Dekabr 2020
Macarıstanda ölkəmizin Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycan Macarıstandakı səfirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.


Bu münasibətlə keçirilən mərasimin iştirakçıları Vətən müharibəsində həlak olan qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Mərasimdə çıxış edənlər torpaqların işğaldan azad edilməsi zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun nümayiş etdirdiyi fədakarlığı vurğulayıblar.


Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2020-ci ilin yanvar-oktyabr aylarında 386 milyon 846 min 600 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.


Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ixracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 334 milyon 49 min ABŞ dolları təşkil edib, 281 milyon 251 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.azertac


Nərmin Məcidli





Xəbər lenti

Çox oxunanlar