Xəzər Xəbər

İşğaldan azad olunmuş ərazilərin sakinlərinə müraciət edilib

Cəmiyyət | 15:07 • 30 Noyabr 2020
İşğaldan azad olunmuş ərazilərin sakinlərinə müraciət edilib

"Azərbaycan Prezidentinin fərmanına uyğun olaraq işğaldan azad olunan ərazi vahidlərində müvəqqəti komendantlıqlar yaradılıb. Bu rayonların ərazilərinin girişlərinə polis postları təyin olunub. Xüsusi buraxılışı olan şəxslərin və nəqliyyat vasitələrinin təmizlənmiş və işarələnmiş xüsusi yollarla hərəkətlərinə icazə verilir”.


Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.


Q. Əhmədov bildirib ki, torpaqların işğaldan azad olunması sevinci ilə indiki vaxtda öz dədə-baba torpaqlarına getmək, öz yurdlarına baş çəkmək istəyənləri anlayışla qarşılayırlar: "Lakin bu ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları çirkləndiyini nəzərə alaraq, təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək bu ərazilərə daxil olmamaları, bu ərazilərə edəcəkləri səfərlərdən çəkinmələri xahiş olunur. İmkan daxilində biz qısa müddət ərzində həmin əraziləri təmizləyəcəyik və insanların həmin ərazilərə getməsi üçün şərait yaradacağıq. Əhalinin doğma torpaqlarına, evlərinə, dədə-baba torpaqlarına getməsi üçün şərait yaradıldıqdan sonra təlimat veriləcək ki, onlar bu əraziləri ziyarət etsinlər".


Atif


Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar