Xəzər Xəbər

Qubada evi tərk edən daha 4 koronavirus xəstəsi saxlanıldı

Cəmiyyət | 12:26 • 28 Noyabr 2020
Qubada evi tərk edən daha 4 koronavirus xəstəsi saxlanıldı

Qubada yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar. Araşdırmalarla həmin şəxsin rayon sakini Mübariz Şirinov olduğu müəyyən edilib.


Ona koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq Mübariz Şirinov qaydaları pozaraq Bakı şəhərinə getmək istəyib.


Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə M.Şirinov yaşadığı ünvana geri qaytarılıb.


Nərmin Məcidli



Xəbər lenti

Çox oxunanlar