Xəzər Xəbər

Tovuzda daha bir koronavirus xəstəsi karantin qaydalarını pozub

Cəmiyyət | 11:31 • 28 Noyabr 2020
Tovuzda daha bir koronavirus xəstəsi karantin qaydalarını pozub

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus testinin nəticəsi pozitiv çıxan İbrahimhacılı kənd sakini Sakit Gülməmmədovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq Qazax rayonuna getdiyini aşkarlayıblar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan  bildiriblər ki, müəyyənləşdirilmiş tibbi prosedurlar gözlənilməklə S.Gülməmmədov yaşadığı evə göndərilib. Onun barəsində Tovuz Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb. Hazırda faktla bağlı təhqiqat aparılır.


(Azərtac)

Nərmin Məcidli

Xəbər lenti

Çox oxunanlar