Xəzər Xəbər

Qarabağ savaşında nə baş verir?

Cəmiyyət | 10:59 • 6 Noyabr 2020
Qarabağ savaşında nə baş verir?
Qarabağ savaşı başlayandan bəri məni maraqlı olan istiqamət Ağdərə idi. Hərbi əməliyyatların operativ teatrının bu məkanında vəziyyət uzun müddət qismən statik idi.



Ordumuz düşmən mövqelərini, hissələrini və qruplaşmalarını raket-artilleriya atəşinə tutur, məsafəli savaşa üstünlük verir, yaxın təmaslara başlamırdı.


Əsas diqqət PUA-lar vasitəsilə düşmən texnikasının, istehkamlarının və canlı qüvvəsinin sıradan çıxarılmasına yönəlmişdi.


Lakin üç gündür ki, bu istiqamətdə ordumuzun sürətli fəallaşması müşahidə olunur.


Müdafiə Nazirliyimizin Ağdərə-Papravənd yolunda düşmənin avtomobil karvanını pusquya salaraq məhv etməsi barədə xəbər yayması da bəhs etdiyim məqamlara birbaşa dəlalət edir.


Çünki Ağdərə-Paprəvənd yolu cəbhə xəttinə paralel olan və ermənilərə müxtəlif istiqamətlərdəki qüvvələrlə manevr imkanları verən Ağdərə-Ağdam rokad marşrutunun tərkib hissəsidir.


Cəbhə xətti həmin istiqamətdə sözügedən yoldan cəmi 1,75 kilometr şərqdən, Qapanlı kəndinin cənub-qərb səmtindən keçir.


Qapanlı nisbətən düzən məkanda olsa da, oranın topoqrafik xüsusiyyətləri arasında dərələr və təpələr var. Məhz bu səbəbdən xüsusi təyinatlılarımız ermənilərin maşın karvanını pusquya sala biliblər.


Papravənd və Ağdərə-Paprəvənd yolunun solundakı yüksəkliklərdə yerləşdirilmiş toplar və tanklar vasitəsilə ermənilər Tərtər şəhəri ilə cənubdakı kəndləri hər gün atəşə tuturlar.


Tonaşendəki qərargahın da vurulmasıvideosu dünən yayıldı.


Beləliklə, ordumuzun Ağdərə istiqamətindəki 1-ci Korpusu hərbi əməliyyatları son günlərdə aktivləşdirib.


Xocavənddə ermənilərin ordu qruplaşmasının məhv edilməsi və düşmənin 30-a yaxın artilleriya qurğusunu, zirehli texnikasını, özüyeriyən artilleriya qurğularını və nəqliyyat vasitələrini qoyub qaçması da əslində, Ağdərə istiqamətindəki döyüşlərin aktivləşməsinin dolayı nəticələrindən biridir.


Buna görə tam əminliklə yazıram: Xocavənd rayonunda ordumuz "təmizləmə" işləri ilə məşğuldur və yaxın 24-30 saat ərzində rayon mərkəzi, yəni Xocavəd şəhəri işğalçılardan azad ediləcək.


Beləliklə, Xocavənd istiqamətdə aktiv əməliyyatlar fazasının başa çatması, Şuşa həndəvərlərindəki əməliyyatların rutin prosedur qismində davam etdirilməsi ordumuza Ağdərə istiqamətində daha da fəallaşmağa tam imkan verir.


Düşmənin diqqəti bütünlüklə Şuşanın müdafiəsinə cəlb olunduğundan Ağdərə ilə yanaşı, Ağdam istiqamətində də aktivləşmə zamanıdır və ordumuz indi məhz bu işlə məşğuldur.


Beləliklə, ordumuz düşmənə bütün qüvvələri Şuşaya toplamağa imkan verməməklə yanaşı, Ağdərənin işğaldan azad edilməsi istiqamətində aktiv fazaya keçib.


Milli.Az


Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti