Xəzər Xəbər

Prokurorluq: 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb

Cəmiyyət | 13:39 • 29 Oktyabr 2020
Prokurorluq: 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.


Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb.


Bundan başqa, 423 mülki obyekt, 92 çoxmənzilli yaşayış binası və 2 406 yaşayış evi yararsız vəziyyətə düşüb.

Xəbər lenti

Çox oxunanlar