Xəzər Xəbər

Müəllimlərin işə qəbulu müsabiqəsində 5 mindən artıq namizəd yüksək bal toplayıb

Cəmiyyət | 17:37 • 13 Sentyabr 2020
Müəllimlərin işə qəbulu müsabiqəsində 5 mindən artıq namizəd yüksək bal toplayıb

Bu il 5 mindən artıq namizəd müəllimlərin işə qəbulu müsabiqəsində yüksək bal toplayıb.


Xezerxeber.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.


Onun sözlərinə görə, 5 mindən artıq namizədin yüksək bal toplaması sevindiricidir: "Çünki bacarıqlı, savadlı şəxslərin müəllim peşəsinə yiyələnməsi bir daha bunu sübut edir ki, müəllimlik peşəsi ən nüfuzlu, ən rəqabətli peşə sahələrindən birinə çevrilməkdədir”.


E.Əmrullayev qeyd edib ki, vakant yerlərin müvafiq qurumlar tərəfindən Təhsil Nazirliyinə təqdim edilməsi və bu yerlərin rəqabət əsasında seçilməsi olduqca vacibdir: "Ən yüksək balı olan namizədlər bu yerləri seçirlər".


Nazir, müəllimlərin işə qəbulu müsabiqəsində keçid balını toplayan bütün namizədlərə iş təklif edilməsinin mümkünsüz olduğunu da söyləyib. O, bu baxımdan iş yerlərinin rəqabətli əsaslarla müəyyən edildiyini bildirib.

Xəbər lenti